Almatı Çinin BYD elektrik avtobusları üçün yeni istehsal mərkəzinə çevrilə bilər
sizinxeber.az xəbər saytı

Almatı Çinin BYD elektrik avtobusları üçün yeni istehsal mərkəzinə çevrilə bilər


Almatıda elektrik avtobuslarının istehsalına başlanılması meqapolisin meri Darxan Satıbaldı ilə BYD-nin Mərkəzi Asiya üzrə idarəedici direktoru Aivan Cao arasında danışıqların əsas mövzusu olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Bildirilir ki, planlara şəhərin Türksib rayonunda “Astana Motors” şirkətinin mövcud kommersiya avtomobilləri zavodu bazasında istehsalın işə salınması daxildir.

Layihə istehsalın mərhələli şəkildə lokallaşdırılmasını nəzərdə tutur. Təşəbbüsün həyata keçirilməsi ekoloji təmizliyə, enerji səmərəliliyinə və yerli sənaye potensialının inkişafına diqqət yetirməklə şəhərin nəqliyyat sisteminin modernləşdirilməsində mühüm mərhələ olacaq.

Layihəyə əsasən şassiyə inteqrasiya olunmuş "Blade" batareyası ilə təchiz edilmiş flaqman BYD elektrik avtobus modeli B12-nin buraxılması nəzərdə tutulur. Bu dizayn avtomobilin gücünü və təhlükəsizliyini artırır, artan diapazonu təmin edir və enerji sərfiyyatını azaldır.

Rəsmi məlumatlara görə, BYD artıq dünyanın 400 şəhərinə tədarük edilib.

Oxşar xəbərlər

Azərbaycandakı sənaye parkları "yaşıl enerji" ilə təchiz ediləcək
Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq
BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb
Azərbaycanda elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb
Ağdamda Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle