Paşinyan yeni katolikosu müəyyən edəcək seçkilərin keçirilməsinin vacibliyini bəyan edib
Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu üçün növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyini bəyan edib.
"Report" erməni KİV-inə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
"Növbədənkənar seçkilər birmənalı şəkildə keçirilməlidir", - o qeyd edib.
May ayının sonundan bəri Paşinyan ermənilərin katolikosu Qaregin II və erməni apostol kilsəsinin arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edir, katolikosdan subaylıq andını pozması ilə bağlı məlumatlar səbəbindən taxtdan çəkilməsini tələb edir.
İyun ayının sonunda İrəvanda erməni apostol kilsəsinin 2 arxiyepiskopu həbs edilib. Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan hakimiyyəti ələ keçirməyə çağırışda, "Müqəddəs mübarizə" etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan isə Ermənistanda terror aktları planlaşdırmaqda və hakimiyyəti ələ keçirməkdə ittiham olunur. Arxiyepiskoplardan əlavə daha 15 nəfər həbs edilib.
Oxşar xəbərlər
Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib
Ermənistan polisi həbs edilmiş din xadimlərinin və onların yaxınlarının əmlaklarını araşdırır
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













