
Rusiya Ombudsmanı Baş Prokurorluqdan Yekaterinburqda saxlanılanların yoxlanılmasını xahiş edib

Rusiya Ombudsmanı Baş Prokurorluqdan Yekaterinburqda saxlanılanların yoxlanılmasını xahiş edib
Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Yekaterinburqda saxlanılmalarla bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyevadan müraciət aldığını və bu məsələ ilə əlaqədar Rusiya Baş Prokurorluğuna müraciət etdiyini bildirib.
“Report” xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyunun 27-də Rusiyada Azərbaycan diaspor nümayəndələrinin saxlanılması, ölümü və xəsarətlər alması ilə bağlı halların araşdırılması barədə mənə müraciət edib. Rusiya Baş Prokurorluğuna saxlanılmanın qanuniliyi və əsaslılığının, cinayət törətməkdə şübhəli bilinən şəxslərin və zərərçəkənlərin hüquqlarına riayət olunmasının yoxlanılması ilə bağlı vəsatət müraciət etmişəm", - o qeyd edib.
Onun sözlərinə görə, Yekaterinburqda vəkillər və Azərbaycan diasporunun nümayəndələri ilə sıx əməkdaşlıq edən Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Tatyana Merzlyakova ilə daimi əlaqədədir.