İran Prezidenti: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır
sizinxeber.az xəbər saytı

İran Prezidenti: ABŞ nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır


ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab almalıdır.

“Sizinxeber.az” xəbər verir ki. bunu İran Prezidenti Məsud Pezeşkianın Fransa lideri Emmanuel Makronla söhbəti zamanı bəyan edib.

“ABŞ bizə hücum edib. Bənzər vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, onlar cavab almalıdırlar”, - Pezeşkian fransalı həmkarının təmkinlilik çağırışını şərh edərkən deyib.

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib.

Oxşar xəbərlər

Vens İranın danışıqlardan imtinasının nəticələrini açıqlayıb
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Tramp İranı Amerika zərbələrinə mümkün cavabın nəticələri barədə xəbərdar edib
Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb
İran XİN: Ölkənin nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər