Vens İranın danışıqlardan imtinasının nəticələrini açıqlayıb
“İran ABŞ-la danışıqlarda iştirak etməsə, Vaşinqtonu gələcək üçün bir neçə seçim qarşısında qoyacaq”.
“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News”a müsahibəsində deyib.
“Prezident (ABŞ Donald Tramp - Red.) diplomatik prosesə qoşulmaq istədiyini bildirib. İran oyun oynamasa, bizə gələcək üçün çoxlu variant qoymayacaqlar”.
Qeyd edək ki, İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.
İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu demək olar ki, bombalanmaya qarşı toxunulmaz edib.
Amerika oranı yalnız bunker bombaları vura bilərdi. KİV-in məlumatına görə, B-2 bombardmançıları belə mərmiləri Fordoya atıblar. Bundan əlavə, sualtı qayıqlar İsfahan və Natanzdakı nüvə obyektlərinə “Tomaqavk” qanadlı raketləri atıblar.
Oxşar xəbərlər
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb
Tramp İranı Amerika zərbələrinə mümkün cavabın nəticələri barədə xəbərdar edib
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













