sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Əraqçi İƏT-in iclasında iştirak etmək üçün İstanbula gəlib
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İstanbula gəldikdən sonra o, İsrailin İrana endirdiyi zərbələri nəzərə alaraq, Tehranın bu məsələ ilə bağlı xüsusi görüş keçirilməsini istədiyini bildirib.
"Fürsətdən istifadə edərək iclasın iştirakçısı olan xarici işlər nazirləri və İƏT-in baş katibi, həmçinin Türkiyə Prezidenti ilə görüşlər keçirəcəyəm. Ümid edirəm ki, ərazimizə edilən hücumlara müvafiq qiymət veriləcək və İran xalqının müdafiəmizin legitimliyi ilə bağlı səsi eşidiləcək", - XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
İran XİN başçısı Qətərdə səfərdədir
İran XİN başçısı Suriyada səfərdədir
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
İranın XİN rəhbəri Bəşər Əsədlə görüşüb - YENİLƏNİB
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













