Mher Qriqoryan: İrəvan və Bakı işçi qaydada sərhədlərin delimitasiyası məsələlərini müzakirə edir
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası işlərinin davam etdirilməsi ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər.
"Sizinxeber.az"un erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın baş nazirinin müavini, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyasının sədri Mher Qriqoryan bildirib.
"Komissiyaların növbəti görüşünün tarixi ilə bağlı konkret razılaşma hələ yoxdur. Tərəflər işçi qaydada işlərin növbəti mərhələlərinin təşkili məsələləri ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər", - deyə o qeyd edib.
Xatırladaq ki, 2025-ci il fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrаns formatında işçi görüş keçirilib.
Oxşar xəbərlər
Şahin Mustafayev və Mher Qriqoryan sərhəd xətti sahələrinin ardıcıllığını müzakirə ediblər
Azərbaycanla Ermənistan Delimitasiya Komissiyalarının Əsasnaməsi bu gündən qüvvəyə minir
Şahin Mustafayev və Mher Qriqoryan nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
