Qonşuda yanacaq bahalaşdı
Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb.
Axar.az Unikal-a istinadən xəbər verir ki, qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində mütəmadi olaraq davam edir.
Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti 4,19 və 4,37 lari arasında dəyişir. Bu qiymət mart ayının 7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari olub və qiymət artımı 1,24 lari təşkil edib.
Benzinin qiyməti isə 3,29 və 3,79 lari arasında dəyişir.
Xatırladaq ki, bu ilin fevralın 28-dən etibarən Yaxın Şərqdəki hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib.
Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və bu səbəbdən qlobal enerji bazarlarında qiymət artımı davam edəcək.
Oxşar xəbərlər
Bakının mənzil bazarında dekabrda ən yüksək qiymət artımı Nərimanovda olub
Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağını gözləyir
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb
AAA: ABŞ-də benzin İranla münaqişənin başlamasından bəri 1,5 dəfə bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
