KİV: Pentaqon Kiyevə "Patriot" və "Stinger" raketlərinin tədarükünü dayandırıb
ABŞ Müdafiə Nazirliyin Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
Buraya “Patriot” zenit-raket kompleksləri və “Stinger” hava hücumundan müdafiə raket sistemləri üçün lazım olan minlərlə haubitsa döyüş sursatı, 100-dən çox "Hellfire" idarə olunan və 250-dən çox GMLRS raketi aiddir.
Qeyd olunur ki, müdafiə naziri Pit Heqset Kiyevə tədarük səbəbindən boşaldılan silah anbarlarının auditinin aparılmasına göstəriş verib.
Daha əvvəl "Politico" xəbər vermişdi ki, Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin və yüksək dəqiqlikli döyüş sursatlarının göndərilməsini dayandırıb.
Oxşar xəbərlər
ABŞ Ukraynaya növbəti silah paketi ayırıb
ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb
Rumıniya Ukraynaya “Patriot” verir
Pentaqon: Bayden Ukraynaya “Patriot”un verilməsi barədə göstəriş verib
ABŞ İsraildən Ukraynaya “Patriot” kompleksi üçün 90 raket göndərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













