Zurabişvili: Müxalifət Gürcüstanın baş naziri vəzifəsinə vahid namizəd müəyyən edə bilməyəcək
Ambisiyalar müxalifət partiyalarına Gürcüstanın baş naziri postuna vahid namizədlə bağlı razılığa gəlməyə imkan verməyəcək.
“Report” xəbər verir ki, bu barədə Prezident Salome Zurabişvili mətbuat konfransında bildirib.
“İnanmıram ki, siyasi fiqur olacaq baş nazir ilə bağlı razılığa gəlmək mümkün olsun, çünki hər partiyanın öz ambisiyaları və başqalarına öz baxışları var”, – o vurğulayıb.
Eyni zamanda, prezident əmindir ki, xartiyanı həyata keçirməyə borclu olacaq texniki hökumət haqqında razılaşmaq mümkündür.
Qeyd edək ki, “Gürcüstan Xartiyası” Salome Zurabişvili tərəfindən təqdim edilmiş fəaliyyət planıdır. Xartiyanın məqsədi oktyabrın 26-da keçiriləcək parlament seçkilərində avropayönlü müxalifəti birləşdirməkdir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
