sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Məhkəmə Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini külli miqdarda dövlət vəsaitini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl Tbilisi Şəhər Məhkəməsində qəbul edilib. Hakim Badri Koçlamazaşvili Saakaşvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
İclasda Saakaşvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o, 300 min lari cərimələnib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakaşvili və Canaşiya iş üzrə özlərini təqsirli bilmirlər.
Oxşar xəbərlər
Saakaşvilinin Gürcüstan dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək
Məhkəmə Saakaşvilini həbsdə saxlayıb
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Gürcüstan Baş naziri: İstənilən təxribata ən sərt cavab veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







