Məhkəmə Saakaşvilini 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib
sizinxeber.az xəbər saytı

Məhkəmə Saakaşvilini 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib


Məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.

Sizinxeber.az-nın müxbiri xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cincolianın qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabiq Prezident əlavə olaraq büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə 8 il, ümumilikdə isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmün elan edilməsi zamanı məhkəmə zalında olan Saakaşvilinin tərəfdarları “qullar” şüarları ilə etiraz ediblər. İclasda Saakaşvili şəxsən iştirak etməyib.
Qeyd edək ki, bu, Tbilisi şəhər məhkəməsinin son günlərdə Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür. İndi ona qarşı 7 noyabr epizodu ilə bağlı yalnız bir cinayət ittihamı qalıb.

Oxşar xəbərlər

Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib
Saakaşvilinin Gürcüstan dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək
Məhkəmə Saakaşvilini həbsdə saxlayıb
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər