Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO


Mayın 5-7-də Moskvada Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) onuncu iclası keçirilib.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclas zamanı Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması üsulları müzakirə olunub. Eyni zamanda tərəflər Xəzər dənizində əməkdaşlığa nəzər salıb və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə ediblər.

Ölkə nümayəndələri danışıqların nəticələrini müsbət qiymətləndirib və yüksək təşkilatçılıq səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını bildiriblər.

İşçi Qrupun növbəti iclasının diplomatik kanallar vasitəsilə razılaşdırılmış vaxtda Türkmənistanda keçiriləcəyi qərara alınıb.

Oxşar xəbərlər

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib
Zəngilanda Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir - FOTO
Xəzəryanı ölkələrin rəsmiləri dənizdə düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini aparıblar
XİN-də geniştərkibli kollegiya iclası keçirilib
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle