Xəzəryanı ölkələrin rəsmiləri dənizdə düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini aparıblar
Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası 22-23 oktyabr tarixində keçirilib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbər – S.Şərifov), İran İslam Respublikasının (rəhbər – Ə.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbər – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbər – M.Petrakov) və Türkmənistanın (rəhbər – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib.
Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.
Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.
YSİQ-in növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.
Oxşar xəbərlər
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğu regionun maraqlarına ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə Türkmənistanda keçiriləcək görüşü müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib













