Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib
22-23 oktyabr 2024-cü il tarixində Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) doqquzuncu iclası keçirilib.
Bu barədə Sizinxeber.az-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikasının (rəhbər – S.Şərifov), İran İslam Respublikasının (rəhbər – Ə.Cahangiri), Qazaxıstan Respublikasının (rəhbər – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbər – M.Petrakov) və Türkmənistanın (rəhbər – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib.
Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.
Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.
YSİQ-in növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.
Oxşar xəbərlər
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb
ML: Fransa və Norveçdən qələbə, İngiltərə Yunanıstana uduzub
Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə səfərdə olub
Millətlər Liqası: İspaniyadan qələbə, Polşada 6 qol
Azərbaycan və Qazaxıstan Baş Qərargah rəisləri görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













