XİN-də geniştərkibli kollegiya iclası keçirilib
7 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə geniştərkibli kollegiya iclası keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.
Kollegiyanın iclası zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
Azərbaycanın hökumət missiyası Monqolustanda səfərdə olub
Tbilisidə Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Qətər arasında siyasi məsləhətləşmələr aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













