Kreml dünya neft bazarında vəziyyəti son dərəcə qeyri-sabit adlandırıb
Dünya neft bazarında vəziyyət son dərəcə qeyri-sabitdir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, qeyri-sabitlik ABŞ-nin dünyanın əksər ölkələrinə rüsum tətbiq etmək qərarı ilə bağlıdır.
Peskov Rusiya hakimiyyətinin vəziyyəti diqqətlə izlədiyini söyləyib.
"Bu, büdcəmizi doldurmaq üçün çox vacib olan göstəricidir. Biz hazırda son dərəcə qeyri-sabit, gərgin və emosional yüklənmə ilə xarakterizə olunan vəziyyəti diqqətlə izləyirik. Bu, ABŞ-nin dünyanın əksər ölkələri üçün rüsumlar tətbiq etmək qərarı ilə bağlıdır", - deyə Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:08-ə olan birja məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyun ayı üçün fyuçerslərinin qiyməti 12 aprel 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 63 dollardan aşağı düşüb.
Oxşar xəbərlər
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin hesab edir
Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır
Kreml: Suriyada baş verənləri diqqətlə izləyirik
Kreml MDB liderlərinin qeyri-rəsmi sammitinin keçiriləcəyi vaxtı açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
