Ermənistan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub
sizinxeber.az xəbər saytı

Ermənistan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub


Martın 20-də Moskvada Ermənistan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər.

Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı kontekstində bütün səviyyələrdə siyasi dialoqun vacibliyi vurğulanıb.

Ermənistan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Moskvada Rusiya və İran arasında məsləhətləşmələr keçirilib
Mixail Qaluzin və Mehmet Kamal Bozay arasında məsləhətləşmələr aparılıb
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Anqola XİN-ləri arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər