Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Ümumi tarixi köklərə, dilə, dinə və adət-ənənələrə malik iki qardaş ölkə arasında münasibətlərin son dövrdə yüksələn xətt üzrə inkişaf etməsinin dövlət başçılarının möhkəm siyasi iradəsi və birgə praktiki səyləri ilə müəyyən edildiyi xüsusi vurğulanıb.
Qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyədə artan təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyi qeyd olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin inventarizasiyası həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Budapeştdə ilk Azərbaycan-Macarıstan konsulluq məsləhətləşmələri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












