Zaxarova: “Bakı ilə İrəvan arasında sülh prosesində nail olunan proqressi alqışlayırıq”
sizinxeber.az xəbər saytı

Zaxarova: “Bakı ilə İrəvan arasında sülh prosesində nail olunan proqressi alqışlayırıq”


Bakı ilə İrəvan arasında sülh prosesində nail olunan proqressi alqışlayırıq.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan və Bakı arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatması Cənubi Qafqazda çoxdan gözlənilən təhlükəsizlik və rifah yolunda mühüm addımdır.

Zaxarova sülh gündəmində bir sıra vacib məsələlərin, öz həllini gözləyən qlobal məsələləri olduğunu söyləyib: “Bunlar regionda iqtisadi nəqliyyat əlaqələrinin blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası, humanitar bloka aid məsələlərdir. Biz tərəflərin tələb etdiyi dərəcədə həmkarlarına yardım göstərməyə və bütün istiqamətlərdə dəstək verməyə hazır olduğunu təsdiqləyirik. Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev məsləhətləşmələr üçün regiona gəlməyə hazırdır".

Rusiya XİN sözçüsü Ermənistan-Azərbaycan sərhədində atəşkəs hallarının pozulmasına da münasibət bildirib. Qeyd edib ki, iki ölkə arasında sülh prosesində nail olunan proqress fonunda sərhəddə gərginliyin artması xəbərləri Rusiyanı narahat etməyə bilməz: "Biz tərəfdaşlarımızı təmkinli olmağa, vəziyyətin eskalasiyasına gətirib çıxaracaq hər hansı addımlardan təkidlə çəkinməyə çağırırıq. Bütün məsələləri istisnasız olaraq dinc və siyasi-diplomatik yolla həll etmək lazımdır. O ki qaldı Rusiyanın Ermənistan qarşısında KTMT çərçivəsində və ikitərəfli formatda olan öhdəliklərinə, onlar qüvvədədirlər. Eyni zamanda, İrəvanın KTMT-dəki fəaliyyətini dondurması Ermənistanın öz təhlükəsizliyini möhkəmləndirməsinə kömək etmir".

Oxşar xəbərlər

Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
Zaxarova: Bakı və İrəvan arasında arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edirik
Zaxarova: Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək
Zaxarova: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün ilkin şərtdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər