Ermənistanın Aİ-yə qəbulu prosesinin başlanması haqqında qanun Parlamentin gündəliyinə daxil edilməyib
“Ermənistanın Avropa İttifaqına qəbulu prosesinin başlanması haqqında qanun layihəsi Parlamentin 4 günlük sessiyasının gündəliyinə daxil edilməyib”.
Sizinxeber.az-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bunu layihəni hazırlayan komissiyanın sədri Arman Yeqoyan deyib.
O bildirib ki, buna səbəb layihənin müzakirəsinə tələb ediləndən daha çox vaxtın sərf olunmasıdır:
“Müzakirələrimiz qanunla müəyyən edilən müddətdən daha çox çəkdiyi üçün layihəni budəfəki dördgünlük sessiyaya daxil etmək mümkün olmadı. Mən təklif edirəm ki, sənəd ya növbəti sessiya, ya da növbədənkənar iclas zamanı müzakirə çıxarılsın”.
Sənədin komissiyadakı müzakirəsinin martın 25-də davam etdiriləcəyi qərara alınıb.
Oxşar xəbərlər
Ermənistan parlamentində Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı layihənin müzakirəsi təxirə salınıb
Hökumət Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib - YENİLƏNİB
Kreml: Aİ-yə üzvlük təşəbbüsü Ermənistanın suveren hüququdur
Parlamentin komitə sədri: “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırdır
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












