Gürcüstan parlamentinin vitse-spikeri: 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıyıq
Gürcüstan 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.
“Bu gün Azərbaycan və Ermənistan arasında vəziyyət kifayət qədər gərgindir və biz bütün bunların hərbi toqquşmaya çevrilməməsi üçün dua edirik. Rusiya, Türkiyə və İran arasında da normal münasibətlər yoxdur. Bu məsələ Gürcüstanın həm siyasi, həm də iqtisadi baxımdan bu platformada iştirakda maraqlı olacağı səviyyəyə qaldırılmayıb. Görünür, bizim bu formata qoşulmağımızı nə siyasi, nə də iqtisadi baxımdan əsaslandırmaq olmur. Odur ki, prosesləri gözləyək. Gürcüstanın təəssüf ki, dünya proseslərinə təsir edəcək resursları yoxdur, lakin biz düzgün siyasət seçmişik və bu günə kimi ölkəmizdə sabitliyi qoruyub saxlamışıq”, - G.Volski deyib.
Oxşar xəbərlər
Kobaxidze: Gürcüstan parlamentinin müxalifətin legitimliyinə ehtiyacı yoxdur, onu gürcü xalqı verib
Gürcüstan Baş naziri: Azərbaycanla əməkdaşlığımızın dərinləşməsində maraqlıyıq
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Kobaxidze: Avropa Parlamentinin qətnaməsi bizim üçün tamamilə dəyərsizdir
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
