Lavrov: Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz
Biz onları dinləmək istəyirik.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ər-Riyada səfəri ilə bağlı danışarkən deyib.
“Bu doğrudur. Bilirsiniz, biz həmişə tərəfdaşlarımızın təklifi əsasında danışıqlara gedəndə ilk növbədə onları dinləmək istəyirik. Prezidentlər Putin və Tramp telefonla danışarkən iki böyük dövlət arasında münasibətlərdə qeyri-normal dövrün mütləq geridə qalmağının vacibliyi barədə razılığa gəliblər. Prezidentlər razılaşıblar ki, bu və ya digər şəkildə Rusiya və ABŞ-nin iştirakı ilə həll edilə biləcək bütün məsələlər üzrə dialoqu bərpa etmək lazımdır.
Burada Ukrayna nizamlanması,Yaxın Şərqdəki vəziyyət, dünyanın bir sıra digər regionları, hazırda çox da sakit olmayan vəziyyət qeyd olundu. Ona görə də, biz amerikalı həmsöhbətlərimizi dinləyəcəyik və təbii ki, biz cavab verməyə hazır olacağıq. Bundan sonra qərar qəbul edəcək liderlərimizə hesabat verəcəyik”.
Lavrov Avropanın Ukrayna üzrə danışıqlar masasında potensial iştirakı ilə bağlı danışıb: “İndi həmin Münhen Konfransında, xüsusən də Finlandiya Prezidenti tərəfindən çağırışlar edilib. Bizim yaxın qonşumuz, bir zamanlar neytral dövlət olan, hər mənada yaxşı hər şeyin tərəfdarı, pis hər şeyin əleyhinə olan dövlət. Burada Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ilk növbədə atəşkəs əldə etmək və ondan Ukraynanı hərbi cəhətdən gücləndirmək üçün istifadə etmək lazımdır.
Yəni,avropalıların fəlsəfəsi heç yerə getməyib, ona görə də danışıqlar masası arxasında onların nə etməli olduqlarını bilmirəm. Əgər onlar münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları ora dəvət etmək nəyə lazımdır?”
Rusiya XİN başçısı qeyd edib ki, həll prosesində Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz.
Oxşar xəbərlər
Lavrov: Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb, Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Lavrov: Trampın Ukrayna ilə bağlı təklifi Rusiyanı qane etmir
Lavrov: Moskva istənilən ssenariyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!












