“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib
Sərfəli mobil operator “Nar” DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib. WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib.
Tədbirdə “Nar”ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib.
Qeyd edək ki, “Nar” layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti ilə tanış olub, gündəlik iş proseslərində iştirak edərək peşəkar və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
“Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Oxşar xəbərlər
Gözdən əlilliyi olan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib
2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub
Azercell “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
