Niderlandda 12 səhiyyə işçisi hantavirusla işləyərkən qanun pozuntularına yol verib
Niderlandın Gelderland əyalətinin Nijmegen şəhərində yerləşən Radboud Universiteti Tibb Mərkəzinin on iki əməkdaşı hantavirusa yoluxmuş xəstə ilə təmasda olarkən təhlükəsizlik qaydalarını pozduqdan sonra altı həftəlik karantinə yerləşdirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Hart van Nederland portalı məlumat yayıb.
Qeyd olunub ki, tibb müəssisəsi xəstənin müalicəsi zamanı mövcud təhlükəsizlik protokollarına tam əməl olunmadığını etiraf edib:
"İnfeksiya riski olduqca aşağı olsa da, təhlükəsizlik tədbirlərinə riayət etmək müalicə prosesində iştirak edən hər kəs üçün vacibdir. Bunun universitet tibb mərkəzimizdə baş verməsindən təəssüf edirik", - deyə xəstəxananın direktorlar şurasının sədri Bertine Lahuis jurnalistlərə bildirib.
Portalın dəqiqləşdirdiyi kimi, xəstənin test üçün toplanan qanı "virusun təbiətinə görə" daha sərt prosedura uyğun olaraq emal edilməli idi. Bundan əlavə, xəstəxana xəstənin biomateriallarının "mövcud beynəlxalq qaydalara uyğun olmayan şəkildə" utilizasiya edildiyini bildirdi.
Oxşar xəbərlər
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb - RƏSMİ
İranda yüzlərlə tibbi işçisi tətil edib
ABŞ-də həkimin səhvi nəticəsində xəstənin qolları və ayaqları amputasiya edilib
ÜST: Qəzzanın şimalında böyük tibb müəssisəsi qalmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
