Baş direktor: Bakıya Pəncabın mənzil sahəsində əldə etdiyi uğuru qeyd etmək üçün gəlmişik
Azərbaycan hökumətinə Ümumdünya Şəhər Forumuna ev sahibliyi etdiklərinə görə çox minnətdaram.
Bunu “Sizinxeber.az-Economics”ə açıqlamasında Pəncab Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Xvaca Sikandar Zişan deyib.
O qeyd edib ki, WUF13 çox nüfuzlu tədbir və çox nüfuzlu forumdur:
“Burada biz urbanizasiya problemlərini, xüsusilə iqlim dəyişikliyi və bununla bağlı digər məsələləri müzakirə etmək üçün bütün dünyanı bir araya gətiririk. Hazırda dünyadakı ən böyük aşağı gəlirli, faizsiz mənzil proqramlarından birini həyata keçiririk. Biz bura Pakistanın, xüsusilə Pəncab vilayətinin mənzil sahəsində əldə etdiyi uğuru qeyd etmək üçün gəlmişik”.
O, Bakıya gəldiyi andan etibarən Azərbaycanın memarlığına valeh olduğunu qeyd edib: "Biz çoxlu ortaq mədəni dəyərləri, tarixi dəyərləri paylaşırıq. Artıq bizi ziyarət edən diplomatik nümayəndələrlə danışıqlar aparırıq. Biz memarlıq, şəhərsalma, urban inkişaf və digər bu kimi sahələrdə tərəfdaşlıqları genişləndirməyə ümid edirik. Bu platformadan istifadə edərək Azərbaycanla bir çox əməkdaşlıqları inkişaf etdirməyi planlaşdırırıq”.
Oxşar xəbərlər
Maimuna Mohd Şərif: Bakıda 5 gün ərzində hərtərəfli müzakirələr aparılacaq
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
