WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir
sizinxeber.az xəbər saytı

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçirilir.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunur.

Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlayırlar.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılır.

Oxşar xəbərlər

WUF13: Bakıda bəzi məktəb və universitetlərdə tədris distant formada olacaq
Bakının 7 rayonunda tədris distant formada olacaq
BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərlə bağlı məlumat yayıb
BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib
Bu gün Azərbaycanda ilk dərs günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər