Göygöldə avtomobil işıq dirəyinə çırpılıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 11.05.2026-cı il tarixində saat 02:20 radələrində 5 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
TƏBİB-dən Sizinxeber.az-ya verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib.
Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z. Məmmədov adına xəstəxanaya təxliyə olunublar.
Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
07:13
Göygöldə yol qəzası baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verib
Göygöldə yol qəzasında 18 yaşlı oğlan ölüb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Ağstafada yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub- FOTO - YENİLƏNİB
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
