Rəsmi Moskva: Tehranla əməkdaşlığı gücləndirəcəyik, sanksiyalar buna maneə deyil
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva: Tehranla əməkdaşlığı gücləndirəcəyik, sanksiyalar buna maneə deyil


“Moskva Tehranla əməkdaşlığı gücləndirəcək, sanksiyalar buna maneə deyil”.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ prezidenti Donald Trampın İrana təzyiqlə bağlı fərmanını şərh edərkən bildirib.

"Məhz bu mənada biz iranlı dostlarımızla əməkdaşlığı davam etdirmək və xalqlarımızın mənafeyinə uyğun olaraq bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı ardıcıl şəkildə gücləndirmək niyyətindəyik. Xarici təzyiqlər və sanksiyalar buna maneə deyil. Üstəlik, onlar bəzən hətta ikitərəfli təmaslarda uzun müddət davam edən nəyisə stimullaşdırır, proseslərin sürətlənməsində katalizator rolunu oynayır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Oxşar xəbərlər

Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb
Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsini şərh edib
Zaxarova: COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq
Rəsmi Moskva İsrailin Dəməşqə hücumunu pisləyib
Rəsmi Moskva: Yaxın Şərqdəki vəziyyətə görə Vaşinqton birbaşa məsuliyyət daşıyır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər