Paşinyan Türkiyə ilə dialoqda tezliklə nəticənin əldə olunacağına ümid edir
sizinxeber.az xəbər saytı

Paşinyan Türkiyə ilə dialoqda tezliklə nəticənin əldə olunacağına ümid edir


Ermənistan və Türkiyə mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayır, buna hər hansı maneə yoxdur.

APA-nın RİA “Novosti”yə istinadən məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın iclasında bildirib.

“Xarici işlər nazirləri də mütəmadi olaraq görüşür və söhbət edirlər. Bizim nümayəndələrimiz arasında da daimi əlaqələr mövcuddur. Biz aktiv şəkildə işləyirik, atılacaq addımlarla bağlı aramızda ümumi anlaşma var”.

Ermənistan hökumətinin başçısı əlavə edib ki, real nəticələrin əldə olunması üçün yekun xarakterli bir sıra addımların atılması zəruridir:

“Ümid edirik ki, nəticə tezliklə əldə olunacaq. Biz bu dialoqu davam etdiriririk və davam etdirəcəyik. Hesab edirəm ki, Ermənistan və Türkiyə arasında heç vaxt bu qədər aktiv dialoq olmayıb”.

Oxşar xəbərlər

Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB
Paşinyan Trampın Cənubi Qafqazda sülh üçün daha çox səy göstərəcəyinə ümid edir
Zaxarova: Ermənistanla KTMT çərçivəsində tərəfdaşlığımızın tam bərpa olunacağına ümid edirik
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
Rəsmi Bakı: Yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər