XİN: ABŞ-ın dəstəyi Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılmasına da kömək edəcək
sizinxeber.az xəbər saytı

XİN: ABŞ-ın dəstəyi Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərindən çıxarılmasına da kömək edəcək


ABŞ-ın Ermənistanın sərhəd imkanlarının möhkəmləndirilməsinə dəstəyi Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına da kömək edəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sualına cavab olaraq bildirib.

“Bu, həmişə üçüncü ölkə tərəfindən edilib, nəhayət, biz bunu etməliyik. İdeal dünyada hər bir ölkə öz sərhədlərinə nəzarət etməlidir”, - XİN rəhbərinin müavini qeyd edib.

Qeyd edək ki, Rusiya sərhədçiləri bu il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxarılıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti onilliklər sonra İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib.

Oxşar xəbərlər

Rusiya sərhədçiləri gələn il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxacaq
Rəsmi Moskva: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil
Ermənistanın İran və Türkiyə ilə sərhədində erməni sərhədçiləri də keşik çəkəcək
Rusiya sərhədçilərinin "Zvartnots" hava limanını tərk etmələri barədə protokol imzalanıb
Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində Ermənistan sərhədçiləri də iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər