Sizinxeber.az » DÜNYA » MDB » Rusiya sərhədçiləri gələn il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxacaq

Rusiya sərhədçiləri gələn il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki Nəzarət Buraxılış məntəqələrindən çıxacaq

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən Nəzarət Buraxılış məntəqələrindən çıxarılacaq.

Sizinxeber.az xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada bu gün keçirilmiş görüşdə razılıq əldə olunduğunu bildirib.

Onun sözlərinə görə, gələn il yanvarın 1-dən İranla Ermənistan arasında Nəzarət Buraxılış məntəqələrində yalnız erməni sərhədçilər xidmət edəcək.

Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca xidmət isə Rusiya və Ermənistan sərhədçiləri hərbçiləri tərəfindən birgə təşkil olunacaq.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti onilliklər sonra İrəvanın “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyasını bu il avqustun 1-də Ermənistan tərəfinə verib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !