Senat sədri: Rusiya, Qazaxıstan və Azərbaycan təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil
Rusiya, Qazaxıstan və Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı məlumatları gizlətmək niyyətində deyil.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev deyib.
Onun sözlərinə görə, bütün məlumatlar ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Oxşar xəbərlər
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın prezidenti: Təyyarə qəzasının səbəbləri müəyyənləşdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN: Təyyarə qəzasının səbəbləri araşdırılır, təcili operativ tədbirlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL: Təyyarə qəzasında ölənlərin cənazəsi iki gün ərzində ölkəyə gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













