ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun gələcək formatına münasibət bildirib
Rəsmi Vaşinqton Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosunun erməni xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-nin bu formata münasibəti ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.
“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”, - deyə Dövlət Departamentində qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Rəsmi Bakı hesab edir ki, Qarabağ münaqişəsi həllini tapdığından ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun sonrakı taleyinə münasibət bildirib
Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
