Rusiya Kiyevə ballistik raketlərlə zərbələr endirib, partlayışlar baş verib
Bu gün səhər Rusiya Ukraynaya raketlərlə zərbələr endirib.
APA UNİAN-a istinadən xəbər verir ki, raketlərin strateji aviasiya vasitələrindən atıldığı açıqlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrindən bildirilib ki, Rusiyanın MiQ-31K təyyarələrinin uçuşları ilə əlaqədar bütün ölkə ərazisində həyəcan siqnalı verilib. Havada neçə Rusiya təyyarəsinin olduğu açıqlanmayıb.
Yerli vaxtla saat 7 radələrində Rusiya təyyarələri paytaxt Kiyev istiqamətində raketlər buraxıb. Bunun ardınca paytaxtda partlayışlar baş verib. Məlumata görə, Rusiya Kiyevə ballistik raketlər, ehtimal ki, “Kinjal”la zərbələr endirib.
Kiyev meri Vitali Kliçko paytaxtda hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib. O, Kiyev sakinlərini sığınacaqda daldalanmağa çağırıb.
Kliçko daha sonra bildirib ki, paytaxtın Qoloseyevsk rayonunda raket qalıqlarının düşməsi nəticəsində avtomobil yanıb. Hadisə yerinə xilasetmə xidməti və tibbi heyət cəlb olunub.
Ölən və yaralanalar barədə hələlik məlumat yoxdur.
Oxşar xəbərlər
Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava müdafiə zonasına daxil olub
Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirib
Rusiya Ukrayna aerodromlarına "Kinjal" raketləri ilə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
