Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinin qadağan edilməsini qeyri-dost addım adlandırıb
Biz Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını müttəfiqlik öhdəliklərinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ku, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya XİN dərhal məsələni aydınlaşdırmaq üçün diplomatik kanallarla İrəvana müraciət edib.
Zaxarova qeyd edib ki, Moskva əvvəllər dəfələrlə rəsmi İrəvanı hansısa səbəblərə görə respublikanın hakimiyyət orqanlarını qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırıb
Rusiya XİN sözçüsü istehza ilə bildirib ki, Ermənistan hakimiyyəti demokratiya və fikir plüralizminə sadiqliklərini bəyan edir:
"Lakin bu sual ilk növbədə Ermənistan hakimiyyətinə ünvanlanmalıdır", deyə Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
Zaxarova rusiyalı politoloqun Ermənistana girişinə qadağa qoyulmasına münasibət bildirib
Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsini şərh edib
Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb
Zaxarova: Rusiya Poznandakı Baş Konsulluğunun bağlanması ilə bağlı düşmən addıma mütləq cavab verəcək
Rəsmi Moskva İsrailin Dəməşqə hücumunu pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













