Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb
sizinxeber.az xəbər saytı

Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun yeni baş katibi Mark Rutteni bu mövqedə anti-Rusiya xəttini davam etdirəcək “etibarlı rusofob” adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .

O vurğulayıb ki, Rutte artıq London və ya Vaşinqtonu təmsil edən müavinlərinin əhatəsindədir.

“NATO-nun verdiyi qərarlar onun tərəfindən qəbul edilmir və o, yalnız onları səsləndirir və Vaşinqton adından NATO adı altında müəyyən fəaliyyətlərlə məşğul olur.

Bununla yanaşı, Rutte artıq Niderlandın baş naziri kimi atlantiklərin və rusofobların düşərgəsinə alovlu sədaqətini sübut edib və bu, ona alyansın baş katibi vəzifəsini qazandırıb. Etibarlı, belə desək, rusofobdur. Şübhəsiz ki, o, yeni vəzifəsində anti-Rusiya yanaşmalarını davam etdirəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.

Oxşar xəbərlər

Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Finlandiya NATO-ya daxil olduqdan sonra bu ölkədə nəzərəçarpacaq hərbi fəallıq qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mark Rutte: Çinin Rusiya ilə əməkdaşlığı Pekinin nüfuzuna təsir edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rutte NATO-nun yeni baş katibi olmaq şansını müsbət qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər