Almaniya hökuməti Şolts-Putin telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Almaniya hökuməti Şolts-Putin telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB


Almaniya Nazirlər Kabineti Kansler Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, Şolts Rusiyanı ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün Ukrayna ilə danışıqlara çağırıb.

Şolts Putinə deyib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır.

Almaniya Kansleri ölkəsinin lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

***

18:16

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.

Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.

DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.

Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.

***

17:31

Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.

Oxşar xəbərlər

Almaniya Kansleri Putinə zəng edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Almaniya Kansleri Putinə zəng etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts: Almaniya Ukraynaya uzaqmənzilli "Taurus" raketlərini göndərməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts və Zelenski arasında telefon danışığı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər