Almaniya Kansleri Putinə zəng edib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Almaniya Kansleri Putinə zəng edib - YENİLƏNİB


Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.

Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.

DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.

Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.

***

17:31

Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.

Oxşar xəbərlər

KİV: Almaniya Kansleri Putinə zəng etməyi planlaşdırır
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Şolts və Zelenski arasında telefon danışığı baş tutub
Almaniya kansleri İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər