Kreml Putin-Şolts telefon danışığı barədə bəyanat yayıb
Kreml Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığının baş tutduğunu təsdiqləyib.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Berlinin təşəbbüsü ilə baş tutub.
Kreml Putin-Şolts telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb.
Belə ki, Putin Şoltsa bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna ilə bağlı danışıqlara açıqdır.
Kreml bildirib ki, Putin və Şolts köməkçilərinin əlaqə saxlaması barədə razılığa gəliblər.
"Ukrayna ilə bağlı mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik maraqlarını nəzərə almalı, ərazi reallıqlarına əsaslanmalı və münaqişənin köklü səbəblərini aradan qaldırmalıdır", - Kreml Putin və Şolts arasında söhbətin yekunlarına dair açıqlamasında bildirib.
Putin Berlinin qeyri-dost kursu səbəbindən Rusiya-Almaniya münasibətlərinin görünməmiş deqradasiyasından danışıb.
Putin qeyd edib ki, Rusiya enerji sektorunda öz öhdəliklərini həmişə aydın şəkildə yerinə yetirib və Almaniya maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
Putin Şoltsa Rusiyanın Yaxın Şərqdə gərginliyi azaltmaq səyləri barədə də danışıb.
Oxşar xəbərlər
Almaniya hökuməti Şolts-Putin telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putinlə Şolts arasında telefon danışığına hazırlıq getdiyini təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Kansleri Putinə zəng edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












