FTX: Rusiyaya soxulmağa cəhd edən bir qrup əcnəbi diversant məhv edilib
sizinxeber.az xəbər saytı

FTX: Rusiyaya soxulmağa cəhd edən bir qrup əcnəbi diversant məhv edilib


Rusiya təhlükəsizlik qüvvələri Bryansk vilayətinə soxulmağa cəhd edən bir qrup əcnəbi diversantı məhv edib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.


Bildirilib ki, Bryansk vilayətinin Klimovski rayonunda təxribat-kəşfiyyat qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb.

"Toqquşma nəticəsində dörd diversant məhv edilib, geri çəkilən qrupun qalıqlarına isə raket və artilleriya zərbələri endirilib. Əməliyyat oktyabrın 27-də FSB-nin Bryansk vilayəti üzrə Sərhəd İdarəsinin əməkdaşları silahlı qüvvələrin bölmələri və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, öldürülən diversantların üzərindən xarici silah, texnika və rabitə vasitələri aşkar edilib.

Bundan əlavə, aşkar edilmiş şəxsi əşyalar - Kanada bayrağı, polyak dilində dua kitabı, ingilis dilində taktiki təlimlərə dair qeydləri olan dəftər onların üçüncü ölkələrlə bağlılığını göstərir.

Xarici muzdlulardan birinin bədənində ABŞ Ordusunun Quru Qoşunlarınln Xüsusi təyinatlılarının Paraşüt Kəşfiyyat Alayının elit 75-ci Reyncer alayının döyməsi olub.

Oxşar xəbərlər

Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb
Bir gecədə Rusiya bölgələrində Ukraynanın 45 PUA-sı məhv edilib
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub
MN: Ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edilib
İnquşetiyada seriya terror aktlarının qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər