Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətinin Lobnya şəhərində təhlükəsizlik xidməti əməkdaşının avtomobilini partlatmağa cəhd edən şübhəli şəxsi saxlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-a FTX-nin Moskva şəhəri və Moskva vilayəti üzrə idarəsinin mətbuat xidmətindən bildirilib.
Xidmətdən bildirilib ki, Yaroslavldan olan saxlanılan şəxs terror aktını Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirməyi planlaşdırıb.
Xatırladaq ki, 19 fevral tarixində Lobnya şəhəri, Drujba küçəsində yerləşən evlərin birinin yanında dayanmış avtomobildən əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Qurğunun zərərsizləşdirilməsi zamanı yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Faktla bağlı terror və dövlətə xəyanət maddələri ilə iş açılıb.
Oxşar xəbərlər
Rusiya XİN: Belqorordun atəşə tutulması terror aktıdır
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO
Rusiyanın Samara vilayətində terror aktının qarşısı alınıb
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













