sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lavrov: Hərbi blokların yaradılması ilə bağlı istənilən ideya qarşıdurma riski daşıyır
Hərbi blokların yaradılması ilə bağlı istənilən ideya qarşıdurma riski daşıyır.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya sammitinin yekunları ilə bağlı Yaponiyanın Asiyada NATO analoqunun yaradılması təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, Asiyada hərbi blokların yaradılması ilə bağlı istənilən ideya özündə qarşıdurma riski daşıyır və bu, qaynar fazaya çevrilə bilər.
O qeyd edib ki, Moskva Asiya-Sakit okean regionunun hərbiləşdirilməsi risklərini müşahidə edir.
Lavrov Qərbin ASEAN-ın işini Rusiya və Çinin maraqlarına qarşı yönəltmək istədiyini də söyləyib.
Oxşar xəbərlər
Lavrov: Moskva istənilən ssenariyə hazırdır
Lavrov: Hindistan və Braziliya BMT TŞ-yə daxil ola bilər
Lavrov: Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır
Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib
Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













