Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Əfqanıstanın mənimsənilmiş aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Lavrov bu barədə bu gün Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda deyib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Əfqanıstanın regionda terrorizmlə mübarizə səylərini dəstəkləyir.
"Rusiya Federasiyası Əfqanıstan hakimiyyətinin regionda terror təhlükəsinin qarşısını almaq üçün səylərini dəstəkləyir", - deyə Lavrov vurğulayıb.
Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda Taliban hökumətinin xarici işlər naziri səlahiyyətlərini icra edən Əmir Xan Möttəki də iştirak edir.
Oxşar xəbərlər
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb
Lavrov: Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır
Lavrov: Rusiya Qərblə ünsiyyət qapısını bağlamır
Lavrov: Rusiya fələstinlilərin ABŞ silahları ilə öldürülməsinə dərhal son qoymağa çağırır
Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













