Kreml Şoyqunun müdafiə naziri olarkən tabeliyində olan şəxslərin son vaxtlar həbsinə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Kreml Şoyqunun müdafiə naziri olarkən tabeliyində olan şəxslərin son vaxtlar həbsinə münasibət bildirib


Rusiya Müdafiə Nazirliyinin bəzi keçmiş əməkdaşlarına qarşı Hüquq-mühafizə orqanlarının müntəzəm işi çərçivəsində istintaq hərəkətləri həyata keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu vəziyyəti necə qiymətləndirdiyi və əvvəllər müdafiə naziri vəzifəsində çalışmış Sergey Şoyqunun tabeliyində olan şəxslərin bu cür hərəkətlərindən xəbəri olub-olmaması sualına belə cavab verib.

“Burada sizə cavab verə bilmərəm. Doğrudan da, ciddi ittihamlar irəli sürülür. Müəyyən istintaq hərəkətləri olub. Bu, hüquq-mühafizə orqanlarının sistemli, daimi işidir. Böyük detallardan danışa bilmərik. İstintaq başa çatdıqdan sonra məhkəmə olacaq. Hər bir iş üzrə konkret, fərdi şəxsin təqsirini yalnız məhkəmə tanıya bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini olmuş, bu ilin iyun ayında təqaüdə göndərilən ordu generalı Pavel Popov həbs olunub. O, Rusiya MN-nin “Patriot” parkının inşa olunması zamanı yeyintiyə yol verməkdə və külli miqdarda dələduzluqda ittiham olunur.

Popov müdafiə nazirinin müavini vəzifəsinə qədər isə fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Kreml: Kurska edilən hücuma mütləq cavab veriləcək
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml Putinin səfər edəcəyi Monqolustanın BCM üzvü olmasından heç bir narahatlıq keçirmir
Kreml Kurska çağırışçıların göndərilməsi ilə bağlı məlumatlara şərh verməkdən yayınıb
Kreml: Ukraynadakı vəziyyəti Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər