Xarici vətəndaşların müddəti keçmiş pasportla Rusiyadan öz ölkəsinə qayıtmasına icazə veriləcək
Rusiyada sənədlərinin müddəti bitmiş əcnəbilər dövlət sərhədindən öz ölkəsinə buraxılacaqlar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Dövlət Duması müvafiq düzəlişi qəbul edib.
Düzəlişə əsasən, artıq əcnəbinin dövlət sərhədindən vətəndaşı olduğu ölkəyə keçməsinə, əgər sənədlər şəxsiyyətini təsdiq etməyə imkan verərsə, istifadə müddəti bitmiş və ya texniki nasazlığı olan sənədlərdən istifadə etməklə icazə verilir.
Qeyd edək ki, indiyə kimi pasportunun müddəti bitmiş xarici vətəndaş öz ölkəsinə qayıtmaq üçün konsulluqdan qayıdış kağızı almaq məcburiyyətində idi. Müvafiq dəyişiklik Rusiyada olması üçün heç bir hüquqi əsası olmayan xarici vətəndaşlar üçün ölkədən çıxarılma rejiminin tətbiqinə yönəlmiş qanun layihəsinin bir hissəsidir.
Oxşar xəbərlər
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulunun müddəti uzadılıb
Rusiyada miqrantlarla bağlı yeni qanun təsdiqlənib
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb
Bu il 72 üçəm, 4 dördəm doğulub
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













