Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib.
Sizinxeber.az xəbər verir ki, nazir müavini “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.
Nazir müavini yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir.
“Bir daha təkrar edirəm: Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, - deyə Mnatsakan Safaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə bu variantın Ermənistan üçün məqbul olub-olmadığını və tərəflər qarşılıqlılıq prinsipi əsasında buna razı olarsa, üçüncü tərəf şirkətin bu yola nəzarət edə biləcəyinə dair sualına cavabında qeyd edib.
Qeyd edək ki, Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb.
Oxşar xəbərlər
Paşinyan Zəngəzur dəhlizinə Rusiya FTX-yə verilə biləcəyini istisna etməyib
Paşinyan Zəngəzur dəhlizinə nəzarətin Rusiya FTX-yə verilə biləcəyini istisna etməyib
Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib
Xarici işlər nazirinin müavini Paşinyanın “sülh kəsişməsi konsepsiyası” təşəbbüsünə münasibət bildirib
Rusiya nüvə silahı sınağı keçirə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












