sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kursk vilayətində atəşə məruz qalan 69 nəfər xəstəxanada müalicə olunur
Ukrayna ordusunun Kursk vilayətini atəşə tutması nəticəsində yaralanan 69 nəfər, o cümlədən 8 uşaq xəstəxanada müalicə alır.
Sizinxeber.az xəbər verir ki, bu barədə avqustun 11-də Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.
“Səkkiz uşaq olmaqla 69 nəfər xəstəxanadadır. 17 yaralının vəziyyəti ağırdır. İki uşaq olmaqla 29 zərərçəkənə ambulator yardım göstərilib. Səkkiz nəfər evə buraxılıb”, - deyə o vurğulayıb.
Nazirin qeyd etdiyi kimi, 11 nəfər, o cümlədən dörd uşaq Moskvanın federal tibb mərkəzlərində və xəstəxanalarında müalicəsini davam etdirir.
Oxşar xəbərlər
Rusiya Səhiyyə Nazirliyi Kursk vilayətində zərərçəkmişlərin sayını açıqlayıb
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb
Rusiyanın hərbi karvanı Kurskda atəşə tutulub, 26 hərbçi ölüb, 100-dən çoxu yaralanıb
Kreml: Belqoroda raket hücumu barədə Putinə məruzə olunub
Bu il 100 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 139 uşaq ailələrinə qaytarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













