Ukrayna Ombudsmanı: Ölkəmizdə müharibədə itkin düşmüş Azərbaycan vətəndaşları var
“Biz istəyirik ki, itkinlərimiz haqqında informasiya əldə edib onların ailələrinə məlumat verək”.
APA xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Dmitro Lubinets deyib.
O bildirib ki, Rusiya ilə müharibə nəticəsində məlumatların əldə edilməsində böyük çətinliklər yaranıb: “Ukrayna hazırda itkin şəxslər problemi ilə üzbəüz olan ölkələrdən biridir və bununla bağlı həllər axtarır. Bizi ən yaxşı başa düşən ölkələrdən biri Azərbaycandır. Müharibə nəticəsində Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var. Biz informasiyaları birgə tapmalıyıq. Mən sizlərdən dəstək istəyirəm. Biz bu məsələdə həqiqətən narahat olmalıyıq”.
Oxşar xəbərlər
Dmitro Lubinets: Ukraynadakı müharibəyə görə azərbaycanlılar da itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komissiyasında itkin düşmüş şəxslərin siyahısına 84 nəfər əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













