Sizinxeber.az » DÜNYA » MDB » Rəsmi Moskva: Ermənistanın İranla sərhədinin ruslar tərəfindən qorunduğunu görməzdən gəlmək olmaz

Rəsmi Moskva: Ermənistanın İranla sərhədinin ruslar tərəfindən qorunduğunu görməzdən gəlmək olmaz

Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanına üzvlüyü amilini, xüsusilə də respublika ərazisindən tranzit yükdaşımalarının təşkili ilə bağlı məsələlərdə nəzərə almaq vacibdir.

Sizinxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.

“Eləcə də, Ermənistanın İranla sərhədinin 30 sentyabr 1992-ci il tarixli dövlətlərarası sazişə əsasən yerləşdirilmiş rus sərhədçiləri tərəfindən qorunduğu faktını da görməzdən gəlmək olmaz”, - Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndə qeyd edib ki, iki Cənubi Qafqaz respublikası arasında sülhün təmin olunmasında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə sazişin imzalanması və qüvvəyə minməsi mühüm əhəmiyyət kəsb edəcək: "Hər iki ölkənin barışığı regional kontekstdə nəzərdən keçirilməli, maraqlar balansına və tərəflərin, həmçinin qonşu dövlətlərin prioritetlərinə şərtsiz hörmət əsasında qurulmalıdır".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !